İtaliyanın “İnter” klubunda çıxış edən Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Zommer 2012-ci ildən yığmanın formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. Qolkiper 35 görüşdə qapısını toxunulmaz saxlayıb