Beynəlxalq marka qiymətləndirmə təşkilatı Brand Finance tərəfindən hazırlanan "Dünyanın Ən Dəyərli 500 Brend-Qlobal 500-2023" araşdırması yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, dünyanın ən qiymətli brendi bu il təqribən 299,3 milyard dollar dəyərində Amazon, ikinci yerdə isə 297,5 milyard dollar dəyərində Apple qərarlaşıb.

Siyahıda Microsoft 191,6 milyard dollarla 4-cü, ABŞ-ın pərakəndə şirkəti Walmart 113,8 milyard dollarla 5-ci, Cənubi Koreyanın texnologiya şirkəti Samsung 99,7 milyard dollarla 6-cı, Çin bankı ICBC 69,5 milyard dollarla qərarlaşıb.ABŞ telekommunikasiya şirkəti Verizon 67,4 milyard dollarla 7-ci, Tesla 66,2 milyard dollarla 9-cu, TikTok isə 65,7 milyard dollarla 10- cu yerdədir.

Tədqiqatın nəticələrinə görə , ABŞ ölkələr sıralamasında öndə gedir. Qlobal 500 siyahısındakı şirkətlərdən 201-i ABŞ, 71-i Çin, 32-si Yapon, 31-i Fransa, 25-i Britaniya, 24-ü Almaniya şirkətlərindən ibarət olub.