İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” və “narıncı” xəbərdarlıq verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, “narıncı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti arabir 20,8-28,4 metr/saniyə təşkil edəcək.

“Sarı” xəbərdarlığa uyğun olaraq şərq küləyi Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada fasilələrlə saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.