Qlobal enerji tələbinin 2045-ci ilə qədər 23% artacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays Nigeriya neft və qaz konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın hələ də bütün enerji növlərinə tələbi qüvvədədir. Eyni zamanda, qlobal neft sənayesinin bu dövrdə 12,1 trilyon dollar investisiyaya ehtiyacı var.