Rusiya Federasiyası iyulun 1-dən iyulun 20-dək ixraca 2 milyon 825 min ton əsas dənli bitkilər göndərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (4 milyon 115 min ton) 31,4% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqı məlumat yayıb.

Məlumata görə, buğda daşınması 23,8% azalaraq 2 milyon 228 min tona, arpa 48% azalaraq 404 min tona, qarğıdalı isə 2,2 dəfə azalaraq 192 min tona enib.

Misir bu dövrdə Rusiya buğdasının əsas alıcısına çevrilib, lakin bu ölkəyə daşınmalar ötən mövsümün eyni dövrü ilə müqayisədə 244 min tona qədər azalıb. İkinci yerdə Mərakeş qərarlaşıb (146 min ton). Üçüncü yeri isə Səudiyyə Ərəbistanı tutur (132 min ton).

Bildirilir ki, iyulun 1-dən iyulun 20-dək buğdanın qiyməti bir ton üçün 14 740 rubldan (ƏDV daxil olmaqla) 13 475 rubla düşüb.

 

Sadiq Cavadov