Dünyanın 20 ölkəsində elektrik enerjisi istehsalına töhfə verən dənizdə külək elektrik stansiyalarının quraşdırılmış gücü 2023-2027-ci illərdə hər il 26 giqavat artaraq 194 giqavata çatacaq.

İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatlarında qeyd olunub.

Məlumata görə, keçən il dənizdə külək elektrik stansiyalarının gücü 64,3 giqavata yüksəlib.

Əlavə edək ki, Çin dünyada dənizdə külək enerjisinin istehsalı üzrə liderdir. Belə ki, Çində ötən il dənizdə külək elektrik stansiyalarının quraşdırılmış gücü 31 442 meqavata yüksəlib.

 

Gözəl Həşimova