İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən məşhur SAP SE” şirkətinin Azərbaycan üzrə qızıl tərəfdaşı olan "BMS Global" şirkəti və audit - konsaltinq sahəsində fəaliyyət göstərən "Baker Tilly Azərbaycan" şirkəti bu barədə yaxın günlərdə razılığa gəliblər.

Razılığa əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərə maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərinin avtomatlaşdırılması üzrə SAP məhsullarının birgə tətbiqinə dair konsaltinq xidmətlərinin göstərilməsi nəzərdə tutulur.  Proqram təminatının tətbiqi maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərində səmərəliliyi, şəffaflığı artırır, xərclərə qənaəti təmin edir.

“Baker Tilly”, peşəkar xidmətlər təklif edən müstəqil şirkətlərin birləşdiyi beynəlxalq auditor-konsaltinq şirkətidir. Qlobal səviyyədə "Baker Tilly" şirkəti 147 ölkədə 33,600 əməkdaşı olan illik dövriyyəsi 3.4 milyard ABŞ dolları olan bir şəbəkədir. Məcmu gəlirə əsasən, dünyada 8-ci böyük mühasibat uçotu və biznes məsləhət xidmətləri göstərən şəbəkə şirkətidir. "Baker Tilly" şirkəti Azərbaycanda 10 ildən çox fəaliyyət göstərir və 100-ə yaxın əməkdaşı var. Audit, vergi, biznes və maliyyə sahəsində məsləhət xidmətləri göstərir.

“BMS Global” şirkəti əsasən texnologiyalar üzrə profesional məsləhət xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb və 40-a yaxın əməkdaşı var. Azərbaycanın özəl və dövlət sektorunda mürəkkəb biznes proseslərinin avtomatlaşdırılması üzrə onlarla uğurlu lahiyəyə imza atan və "SAP" şirkətinin qızıl tərəfdaşı statusunu daşıyan "BMS Global" şirkəti, 14 illik təcrübəsi ilə Azərbaycanın ən iri SAP konsaltinq şirkətidir. Qeyd edək ki, SAP öz məhsulları ilə 47 ildir dünyanın 180-dən çox  ölkəsində 413,000 şirkətə müvəffəqiyyətlə xidmət edir.