Yanvarın 16-da Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% – 7,860.07 bəndədək, Almaniyanın DAX indeksi 0,31% – 15,134.04 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,28% - 7,043.31 bəndədək yüksəlib.

İqtisadiyyat.az bu barədə birja məlumatlarına istinadən xəbər verir. Ötən gün Amerika fond bazarında isə yalnız S&P/TSX Composite indeksi 0,15% -20,390.33 bəndədək artıb. Avro isə ABŞ dolları qarşısında 0,05% artaraq 1,0827 dollara bərabər olub.