Birjalarda bəzi  kənd  təsərrüfatı məhsullarının qiyməti artıb.

İqtisadiyyat.az xəbər verir ki, 1 buşel qarğıdalının qiyməti 1 sent 0,27% azalaraq 364,25 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,49 sent olub.

1 buşel buğdanın qiyməti 1,25 sent 0,29% artaraq 439,50 sent və ya 1 kiloqram buğdanın  qiyməti 16,28 sent təşkil edib.

1 funt pambığın qiyməti 0,38 sent və ya 0,52% artaraq 73,49 sent olub  və ya 1 kiloqram pambığın qiyməti 1,62 dollar olub.

Birjalarda qızılın qiyməti artıb. Qızılın 1 unsiyasının qiyməti 12,69 dollar (0,99%)  artaraq 1 298,30 dollar olub.