22 avqust 2024-cü il tarixində Salyan rayonu “5 saylı cəzaçəkmə” müəssisəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsinin) Şirvan-Salyan regional bölməsinin (bölmə) təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə ifrat məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə bölmənin məsləhətçisi Cavid Dadaşov, Salyan rayonu “5 saylı cəzaçəkmə” müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Adil Ağayev, Salyan şəhər “Mirəşrəfağa” məscidinin imamı Hacı Vidadi Səmədov və cəza çəkmə müəssisəsinin məhkumları iştirak ediblər. 

Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb. Çıxışlarda İslam dinində ifrat məzhəbçilik və dini təəssübkeşlik yol açdığı fəsadlardan, yaratdığı problemlərdən danışılıb. Dünyada ifrat məzhəbçiliyin yaratdığı problemlər nəzərə alınaraq ölkəmizdə bu kimi halların qarşısının alınması üçün qəbul edilmiş qanun layihələri və qərarlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İlk növbədə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Cənab Prezident İlham Əliyev tərəfindən inamla davam və yüksələn xətlə inkişaf etdirilməsi vurğulanıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.