Cari ilin yanvar-iyul aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 4118,7 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən İqtisadiyyat.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3937,3 milyon manatlıq xidmət göstərilib.

Bu, xidmətlərin ümumi dəyərinin 95,6 faizini təşkil edib.