Cənubi Koreyanın bəzi bölgələrində şaxta 39,3 dərəcə müşahidə olunur.

Yonhap-ın xəbərinə görə, Koreya Meteorologiya İdarəsi (KMA) termometrlərin paytaxt Seulda 25, ölkənin şimalında isə 39,3 sıfırın altında olduğunu açıqlayıb.

Bəzi rayonlarda güclü qar yağması və küləyin təsiri nəticəsində temperaturun qış mövsümündə ən aşağı səviyyəyə endiyi qeyd edilib .

Bildirilib ki, ölkədə əlverişsiz hava şəraiti səbəbindən 466 aviareys ləğv edilərkən, quru və dəniz nəqliyyatına da mənfi təsir göstərib.