Cənubi Afrika regionunda artan fil populyasiyası yerli ekosistem üçün təhlükə yaradır.


Afrikanın 5 ən böyük heyvanından biri olaraq xarakterizə edilən fillərin sayı keçən əsrdə böyük bir azalma yaşasa da, Cənubi Afrika bölgəsində uzun illərdir artmağa davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilən Afrika fillərinin qitədə yarım milyondan çox əhalisi var.

Bunun 70%-i Cənubi Afrika regionundadır.

Cənubi Afrika Milli Parkları (SANPARKS) Savanna və Otlaq Tədqiqatları Mütəxəssisi Dr. Sam Fereria və Cənubi Afrika Milli Biomüxtəliflik İnstitutunun (SANBI) baş elmi işçisi Jeanetta Selier fil populyasiyasının sıxlığının ekosistemə təsirini qiymətləndiriblər.