“Finlandiyanın NATO-ya üzv olması Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərəcək”.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Finlandiyanın NATO-ya üzv olmasından sonra Rusiya müəyyən tədbirlər görməyə məcburdur.

“Finlandiya NATO-ya üzv olmaqla özünün kimliyindən və müstəqil qərar qəbul etmək qabiliyyətindən tamamilə imtina etmiş oldu”.