İbn Sina Kuşyar adlı bir həkimdən tibb təhsili alıb. Buxarada atasından və dövrü tanınmış elm xadimlərindən xüsusi dərs və yaxşı bir təhsil alıb. Yüksək hafizəsi və zəkası ona çox dəstək olub. 14 yaşına çatdıqda isə öz müəllimlərini keçmişdi. Fəlsəfə, ədəbiyyat, riyaziyyat, tibb kimi elmlərdə xüsusi bilgiyə yiyələnib.

16 yaşında tibbə qayıtdı və mövcud bilgilərlə kifayətlənməyərək yeni müalicə üsulları tapmağa başladı. 19 yaşında həkim adı alaraq, insanları müalicə etməyə başladı. Samani hökmdarı Nuh ibn Mənsurun xəstəliyinə şəfa tapdıqdan sonra, Buxaradakı kitabxanadan lazımi səviyyədə istifadə etməsinə izn verildi.

Burada tapıb oxuduğu kitablar bilgilərinin daha da dərinləşməsinə imkan verdi. Artıq 21 yaşına çatdıqda dövrün ən böyük həkimlərindən biri sayılırdı. İbn Sinanın qarışıq resepti ciddi səhhət problemlərinə müsbət effekt göstərir. İqtisadiyyat.Az bu tərkibin hazırlanma qaydasını oxucularının nəzərinə çatdırır.

-250 qram quru əncir

-1 litr zeytun yağı

Əvvəlcə əncirləri yuyun və xırda-xırda doğrayın. Əncirləri zeytun yağı olan şüşəyə doldurun və ağzını bağlayın. Bu şüşəni 5 gün qaranlıq yerdə saxlayın müddət bitdikdə isə səhər-axşam olmaqla gündə iki dəfə qəbul edin.

 

Mehman Nəbiyev