İsrailin hava hücumundan müdafiə sistemi Livandan atılan 10 raketdən bir neçəsini zərərsizləşdirib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Yuxarı Qaliley bölgəsində hava hücumu xəbərdarlığından sonra Livan ərazisindən atılan 10-a yaxın raketin böyük hissəsi zərərsizləşdirilib, bir mülki vətəndaşın yaralanması barədə məlumat daxil olub”, - açıqlamada bildirilib.