"Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyi ləğv olunduğunu elan edib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində nümayəndəliyin yerləşdiyi Bakı şəhəri, Səbai̇l rayonu, Zeynalabdi̇n Tağıyev küçəsi, ev 13 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, nümayəndəlik 2022-ci ilin yanvar ayında Rusiyanın "Lukoyl" şirkətinin yerli törəməsi - “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi isə Elnur Vaqif oğlu Qurbanovdur.