“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin ötən ilki mənfəəti səhmdarlar arasında bölüşdürüləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı martın 29-da şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda ASC-nin idarə heyətinin 2023-cü ilin yekunları və 2024-cü ildə görüləcək işlər haqqında hesabatı təqdim olunacaq.

Müşahidə Şurasının və Maliyyə-Təftiş komissiyasının hesabatı müzakirə olunacaq.

Eyni zamanda 2023-cü təsərrüfat ilinin balansı, hesabatların təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi barədə fikir mübadiləsi aparılacaq.