Havaların tədricən isinməsi ilə bəzi ərzaq məhsullarından zəhərlənmə ehtimalı da aktuallaşmaqdadır. 

Isti havalarda xüsusi diqqət yetirilməsi gərəkən qidalar hansılardır? İstehlakçılar bu məsələlərdə nəyə daha çox diqqət yetirməlidir?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov risk qrupuna daxil olan qidalara diqqət yetirməyin zəruri olduğunu tədiqləyib.

“Təbii ki, risk qrupuna daxil olan bir sıra qidalar mövcuddur ki, onlara xüsusi diqqət yetirmək lazımdır. Bunlar balıqlar, konservlər, göbələklər və s-dir. Istehlakçılar bu qidalara daha diqqətlə yanaşmalı, onların təzəsini almalıdırlar. Yalnız və yalnız buzlu soyuducularda saxlanılan balıqları almaq lazımdır. Məsələn, “Yaşıl bazar”da belə soyuduclar var. Harda gəldi, necə gəldi saxlanılan balıqları almaq təhlükəlidir.

Ümumiyyətlə, yalnız təzə, müvafiq qaydalara uyğun şəkildə saxlanılan qidalar almaq lazımdır. Əgər istehlakçının qidanın təzəliyi ilə bağlı hər hansı şübhəsi varsa, yaxud qidanın görünüşü ona xoş təsir bağışlamırsa, o zaman həmin qidanı almaqdan imtina etməldir. Çünki belə qidalardan istifadə arzuedilməz nəticələrə səbəb ola bilər”.(moderator.az)