Azərbaycandan Rusiyaya yumurta ixracı davam edir.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, yanvar-fevral aylarında və martın ilk 10 gününə kimi Rusiyaya 46 milyondan çox yumurta ixrac edilib.

Sədr bildirib ki, Rusiyaya bu qədər yumurta ixrac olunmasına baxmayaraq, ölkəmizdə yumurta ehtiyatı da kifayət qədərdir.

Xatırladaq ki, Rusiya Azərbaycandan bu məhsulun idxalına ötən ilin noyabrında qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub.

Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib.

Sadiq Cavadov