Böyük Britaniyanın enerji şirkəti olan BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Aralıq dənizində İsrailin dəniz hissəsində kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq məqsədilə tenderdə iştirak edib.

İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir ki, iki enerji şirkəti İsrailin “NewMed Energy” şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.

Hərracın qalibləri bu ilin dördüncü rübündə açıqlanacaq.

Əlavə edək ki, “NewMed” nəhəng “Leviathan” dəniz yatağında ən böyük pay sahibidir.

 

Gözəl Həşimova