BP şirkəti bu il azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri ilə bağlı layihə həyata keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbulunda bildirilib.

Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub.