Yaponiya hökuməti 2040-cı ilə qədər yaşıl enerjinin inkişaf strategiyasını hazırlayacaq.

Bu barədə İqtisadiyyat.az “Nikkei” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu strategiya enerji istehlakının 35-50% proqnozlaşdırılan artımına baxmayaraq, karbon qazı emissiyalarını azaldacaq. Yaponiya hökuməti karbonsızlaşdırma təşəbbüsü ilə yanaşı, sənaye inkişafını, o cümlədən enerji tutumlu müəssisələrin yaradılmasını təşviq etmək niyyətindədir.

Paralel olaraq, 2025-ci ilin martına qədər Tokio cari strateji enerji planını nəzərdən keçirmək niyyətindədir.

 

Gözəl Həşimova