2019-cu ilin dördüncü rübündə 'İFFA' şirkətinin yeni uşaq bezi istehsalı zavodu istifadəyə veriləcək. İqtisadiyyat.az xəbər verir ki, şirkət, oktyabrın 8-də Pirallahı Sənaye Parkının rezidenti statusunu alıb.

Zavodun tikintisi üçün Pirallahı Sənaye Parkında 3 hektar ərazi ayrılıb.

Müəssisənin gücü (ildə 220 milyon bez) ölkənin bu məhsula olan ehtiyaclarının üçdə birini təmin edəcək.

Yeni istehsal sahəsində 45 nəfər işləyəcək.

Qeyd edək ki, “İFFA” şirkəti “Leylək” uşaq bezlərinin istehsalçısıdır.

Hazırda Pirallahı Sənaye Parkının 4 rezidenti var: 'İFFA' MMC, 'R-Pharm' MMC,'Diamed Co' MMC və “Caspian Pharmed” MMC.