6 Apreldə Taylandın Phuket şəhərində peşəkarlar arasında k1 versiyası üzrə "Muay Thai İnternational" qran-prisi təşkil edilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanı bu yarışda "Zabit Səmədov" döyüş məktəbinin üzvü Ruslan Nağıyev təmsil edib. Ruslan ingiltərəli rəqibi Maykı 3-cü raundda diz zərbəsi ilə nokauta salaraq qalib gəlib və kəmərə yiyələnib.

Qeyd edək ki, Ruslan Nağıyev mayın 25-də gürcüstanlı rəqibi Lado Gabisoniya ilə döyüşəcək.