Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, yığma 2-ci turda ABŞ ilə qarşılaşıb.

Görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz 3-cü və 4-cü turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun sabah gerçəkləşəcək