Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, yığmamız 3-cü turda Fransa ilə qarşılaşıb.

Görüş komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb.

Seçməmiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib. Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.