Avrokuboklarda 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi yenilənib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan cədvəldə bir pillə irəliləyib.

"Qarabağ" Çempionlar Liqasında evdə Cəbəllütariq "Linkoln"una 5 cavabsız qolla qalib gəlib. Konfrans Liqasında "Zirə" Slovakiyada "DAK 1904"ü üstələyib (2:1), "Sumqayıt" səfərdə Macarıstan "Fehervar"ı ilə qolsuz heç-heçə edib, "Sabah" isə evdə İsrail "Makkabi"sinə (Hayfa) 3:6 hesabı ilə məğlub olub.

Bu matçlar Azərbaycana 0,625 xal qazandırıb. Nəticədə ölkəmiz reytinqdə Rusiyanı geridə qoyub. 23-cü sırada yer alan Azərbaycanın əmsalı 18,375-ə bərabərdir.

24-cü yerdəki Rusiyanın 18,299, 22-ci pillədəki Macarıstanın 19,500 xalı var.

Qeyd edək ki, 55 ölkənin reytinq siyahısına İngiltərə (89,160) başçılıq edir