Azərbaycanla Özbəkistan arasında sənaye parkları sahəsində əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Görüş Özbəkistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu vurğulanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Diqqətə çatdırılıb ki, ölkələr arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Azərbaycanın biznes və investisiya mühiti, sənaye zonalarında tətbiq olunan güzəştlər sərmayədarlar, o cümlədən Özbəkistan sahibkarları üçün əlverişli imkanlar təqdim edir.

Tərəflər birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, nəqliyyat-logistika, rəqəmsallaşma, sənaye, o cümlədən, neft-kimya və neft emalı, sənaye zonaları və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

***

Azərbaycanla Özbəkistan arasında sənaye parkları sahəsində əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində bildirib.

Nazirin sözlərinə görə, müzakirələr onun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyi görüşdə baş tutub. Tərəflər iki ölkə arasında iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun təşviqi, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıb.