2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 51 183.89 milyon dollara bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 2.9% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 11.1% azalaraq 33 898.55 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 18.9% artaraq 17 285.34 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 16 613.21 milyon dollarlıq müsbət saldo yaransa da, bu, 2022-ci ilə nisbətən 29.6% az olub.