Qax rayonunun Turaclı kəndində sakinlərə məxsus pay torpaqlarında yaradılan "Ata-baba Fındıq İstehsal Kooperativi” Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə respublikamızda təsis olunan sayca üçüncü kooperativdir.

İki kooperativ Sabirabad rayonunda yaradılıb. Fındıqçılıq sahəsi üzrə yaradılan bu kooperativ özündə 490 sakinin təmsil olunduğu 96 fermer təsərrüfatını birləşdirir. Kooperativin 350 hektar fındıq bağı var.

Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Qax rayonunun Turaclı kəndində yeni istehsal kooperativinin yaradılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində məlumat verib.

Nazir bildirib ki, kooperativləşmə tədbirlərinin getdikcə geniş vüsət alması çox yaxşı başlanğıcdır. Hazırda nazirlik tərəfindən digər rayonlarda tütünçülük, taxılçılıq, şəkər çuğunduru və s. üzrə kooperativlərin yaradılması üçün zəruri işlər aparılır.