Yanvar-may aylarında ölkədən 16 min 766 ton şəkər ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə ixrac edilən şəkər tozunun dəyəri isə 7 milyon 415 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən ilin 5 ayında 9 milyon 769 min dollarlıq 16 min 139 ton şəkər tozu ixrac olunmuşdu.(azərtac)