Energetika naziri Pərviz Şahbazov Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə P.Şahbazov özünün tviter hesabında paylaşım edib.

"Xarici işlər və ticarət naziri Peter Siyarto ilə "HəmrəylikHalqası", "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" üzrə fəaliyyətimizə, ilin sonunadək Azərbaycandan Macarıstana qaz tədarükünə dair səmərəli müzakirələr apardıq, - paylaşımda deyilir.