Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 195,9 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 65 faiz, elektrik avadanlıqlarının istehsalı isə 7,8 faiz artıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,6 dəfə, ölçmə cihazlarının istehsalı 2,2 dəfə, paylayıcı lövhələrin istehsalı isə 37,2 faiz artıb.

 

Gözəl Həşimova