İqtisadiyyat.az xəbər verir ki, bu barədə Trend Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Azərbaycandan başqa, Rusiya və Qazaxıstanda hər birində 40 min, İranda 5 min, Özbəkistanda isə 2 min Türkiyə vətəndaşı yaşayır.

Ümumilikdə xaricdə 5 milyon Türkiyə vətəndaşının yaşadığı bildirilir. Onların da ən çoxu - 2 milyonu Almaniyadadır.

Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2018-ci ildə Türkiyə əhalisi 2017-ci illə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib. Ölkə əhalisinin 50,2 faizi kişi, 49,8 faizi isə qadındır.