Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnoz dəyişməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına deyilir.

Hesabata görə, bu il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 640 min barel, gələn il isə 650 min barel təşkil edəcək.

Əlavə edək ki, ötən il Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.