Azərbaycanda bu ilin yanvar-avqust aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 301,6 milyon manat dəyərində məhsul istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 23,5 % artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 6,7 %, geyim istehsalında 13,6 % azalma müşahidə olunub.

 

Gözəl Həşimova