Azərbaycanda bu ilin yanvar-noyabr ayları ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 449,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 12,7 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 11,4 faiz, geyim istehsalında isə 13,3 faiz azalma müşahidə olunub.

 

Gözəl Həşimova