Fins.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin Qarşılıqlı əlaqələrin təhlili şöbəsinin rəhbəri Emil Əzizli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 16 dekabr tarixli Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli qərarı ilə "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edildiyini bildirib:E.Əzizlinin sözlərinə görə, təkcə cari ilin yanvar-aprel ayları ərzində 62.365 vergi ödəyicisi tərəfindən 4.287.952 elektron qaimə-faktura təqdim olunub, bu əməliyyatların dəyəri isə 16 milyard 435 milyon 589 min manatdan artıqdır.