Azərbaycanın dünya bazarına çıxararaq satdığı 'Azeri LT CIF' markalı xam neftin 1 barelinin qiyməti 1,9 dollar və yaxud 2,87% artıb.

İqtisadiyyat.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,06 dollar təşkil edib.

Xatırladaq ki, 'Azeri LT CIF' neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.