Avropa İttifaqı ölkələrinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan nəql etdiyi qazın alınmasına görə ikinci rübdə 2,8 milyard avro xərcləyib.

Birinci rübdə Aİ bu məqsədlər üçün 2,1 milyard avro (33,3 faiz artım) xərcləyib. Ümumilikdə, ilin birinci yarısında Avropa Azərbaycandan 4,9 milyard avroya qaz alıb. 

Aprel-may aylarında İtaliya və Yunanıstan üçün Azərbaycan qazının qiyməti meqavat-saat üçün 98,19 avro, Bolqarıstan üçün 86,32 avro təşkil edib. İkinci rübdə TAP vasitəsilə Aİ-yə qaz tədarükünün payı ümumi həcmdə 2,9 faiz təşkil edib. Ümumilikdə, bu müddət ərzində Aİ qaz idxalına təxminən 75 milyard avro xərcləyib.

2022-ci ildə Azərbaycandan Avropaya yanacağın ixracı 11,5 milyard kubmetr, 2027-ci ilə qədər isə 20 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.