Son günlər mediada, özünü AQTA əməkdaşı kimi təqdim edərək sahibkarlardan pul alan şəxslər barədə məlumatlar dərc olunur. AQTA-nın mətbuat katibi Aysel Fərziyeva qida sahəsində fəaliyyət göstərən sahibkarlara üz tutaraq, özünü agentliyin əməkdaşı kimi təqdim edərək onlardan pul istəyən şəxslərdən aşağıdakı sənədləri tələb etməyi xahiş edib. İqtisadiyyat.Az Aysel Fərziyevanın öz feysbuk profilində paylaşdığı həmin müraciəti təqdim edir.

1. Yoxlamanın aparılmasına dair icazə sənədi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın aparılmasına dair vahid məlumat reyestrindən çıxarış
2. Həmin sahibkarlıq subyektində  müvafiq yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın əsli
3. Yoxlamanı həyata keçirən müfəttişlərin xidməti vəsiqəsi
4. Yoxlamaya dair əvvəlcədən  təsdiq edilmiş yoxlama suallarının siyahısı
5. Sahibkarın hüquq və vəzifələrinə dair şifahi məlumatın yoxlayıcı tərəfindən izah olunması
6. Yoxlamanı həyata keçirən müfəttişlərin ad və soyadlarının yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarda öz əksini tapması