Türkiyədə iPhone almağı düşünənlər üçün Apple CEO-su Tim Cook'tan yaxşı xəbər gəldi. Türk lirəsinin bir il içində 33% dəyərdən düşməsi səbəbilə “Apple” satışlarının 700 milyon dollar itirdiyini etiraf edən Cook, sözlərinə belə davam edib: 'Bu ölkələrdəki məzənnə fərqi səbəbilə bir azalma düşünürük”.

İqtisadiyyat.az türk mediasına istinadən məlumat verir ki, “Apple” CEO-su Tim Cook, 2019-ci ildə Türkiyədəki iPhone qiymətlərində endirimə gedəcəkləri müjdəsini verdi. “Reuters” agentliyinə açıqlama verən Cook, Çin və Türkiyə kimi bazarlarda, yerli pul vahidlərinin dollar qarşısında yaşadığı dəyər itkisindən mənfi təsirə məruz qaldıqlarını söyləyib.

“Apple” CEO-su, 'Xüsusilə Türkiyədə lirənin bir ildə 33% dəyər itirməsi ilə satışlarımız 700 milyon dollarlıq bir itkiyə məruz qalıb' dedi. Valyuta məzənnəsinin artması səbəbilə bu ölkələrdə öz məhsullarının qiymətlərini azaldacaqlarını söyləyən Tim Cook, açıqlamasına belə davam edib:
'İPhone qiymətlərini yerli səviyyədə daha çox istehlak edilə biləcək dərəcəyə endirməyə qərar verdik. Çin və Türkiyə kimi bazarlarda, yerli pulun dollar qarşısında dəyər itirməsi bizə çox-çox təsir etdi. Biz bu ölkələrdə qarşılıqlı fərqlər səbəbilə problemləri nəzərdən keçiririk'.

Valyutadakı, dalğalanmalardan ciddi şəkildə təsirlənən Çin, Türkiyə, Hindistan və Braziliya kimi ölkələrdə hansı məhsullarda nə zaman endirim edəcəkləri ilə əlaqədar isə hələ bir məlumat verilməyib.