Almaniya prokurorluğu Berlindəki "Rusiya Evi"ndə yoxlamaya başlayıb.  

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər yayıb. 

Səbəb sanksiyalar haqqında qanunun pozulması ilə bağlı şübhə olub.  

Qeyd edək ki, dekabrın sonunda ukraynayönlü fəallar Almaniyanın paytaxtında “Rus evi”ndə uşaqları qorxutmağa, Şaxta baba və Qar qızla birlikdə Yeni il bayramını pozmağa cəhd etmişdilər.