Firma yaratmaq hər kəsin arzusudur. Qadınların xəz palto istəyi qədər hər kişinin uşaqlıq arzusudur biznes…
Təsis etmək istədiyiniz firmanın adı fəliyyət yönünüdən asılı olaraq, insana xoş gələcək qədər fərqli, istehlakçının hafizəsində iz buraxacaq qədər tələffüzü asan və səslənməsi baxımdan emosianal enerjiyə sahib olmalıdır.
Hər bir şirkətin fəaliyyətinə rəsmi qeydiyyatdan öncə ad ilə start verilir. Bir gəmi kimi dənizə hansı adla çıxsanız, o ad bir tale yolu olacaqdır. Biznes dənizinə çıxan firmanızın yelkəni üzərində adınız mükəmməl olmalıdır.
Biz burada mükəmməllik deyəndə, ilk növbədə, adın hərtərəfli bitkinliyini nəzərdə tuturuq. Hətta  öz dilimizdə olan adların başqa dillərdə də problemsiz transliterasiyası və səslənməsi önəmlidir. Bunu bəri başdan nəzərə  almaq vacibdir.
Təəssüflər olsun ki, ilkin dövrlərdə ada əhəmiyyət verməyən və peşəkarlara bu prosesi büdcəyə qənaət baxımından həvalə etməyən yüzlərlə və minlərlə firma sahibi sonralar böyük həcmli maliyyə resursları hesabına rebrendinq etməli olur.
Firma üçün bəyənilən və ən azı kiçik araşdırmadan keçən ad markanın rəqbət qazanmasına böyük dəstək verir, onun böyüməsində və düzgün mövqeləndirilməsində 
önəmli rol oynayır.

Çünki ad bir kimlik təqdimatıdır, firmanın profilini ilk anda bəlli edə bilir,  onun fəaliyyətini detallı və anlaşıqlı şəkildə açıqlayır. 
Məhz bu keyfiyyətlərə sahib olan ad firmanı niyyət etdiyiniz zirvəyə daşımağa qadirdir. Markanızınməhz  bazarda nəzərdə tutduğunuz rəfdə möhkəmlənməsinə rəvac verir.
Təbiidir ki,  firmanın fəaliyyətinin uğurlu olub-olmaması yalnız şirkətin adı ilə şərtlənə bilməz. Amma firmanın uğurlu fəaliyyəti üçün zəruru olan bütün komponentlər arasında ad ilkin və önəmli olduğundan, ona xüsusiilə həssas yanaşmaq zəruridir. 
Loqolaşan adlar marka ola bilməsi deyəmütləq iki əsas göstəriciyə uyğun olmalıdır. Birincisi, loqo maksimum minimalist dizayn həlli ilə diqqəti cəlb etməlidir. Bütün dizayn elementləri ilk baxışda, ən pis halda isə bir neçə baxışdan sonra, vizual olaraq yaddaşa köçə bilməlidir. 
Rənglər xoş təəssürat oyatmalı, fəaliyyət sahələri üçün xarakterik olan boya çalarlarını əks etdirməli, çap prosesində əlavə çətinliklər yaratmamlıdır. 
Belə olduğu halda loqonun brendin qədəstəyi kifayət qədər enerjili olacaqdır. 
İkincisi, bu çox vacib farktordur, ad xoş səslənməli, qulağı qıcıqlandırmamlıdır. Çünki bu iki amil müştəri ilə ilk təmas zamanı ön plana çıxır və önəm daşıyır. Belə deyilrlər ki, ilk təəssüratı təkrar oyatmaq mümkün deyil. Odur ki, məhz ilk təmasda adın və sloqanın doğurduğu təəssürat xoş olmalıdır.
Bunlar sübuta ehtiyacı olmayan amillərdir, aksiomatik mahiyyət daşıyan elementlərdir. Necə deyərlər, müştəri sizin ad və loqonuza, bir vizit kartı olaraq, ilk baxışdan vurulmalıdır.
Bu fikirləri gəlişi gözəl olsun deyə yazmırıq. Bir neymer-adverən mütəxəssis kimi söylədiklərim illərin zəngin təcrübəsinə əsaslanır. Biz bir-birimizlə görüşəndə, hər hansı bir məsələyə yanaşmada həmsıhbətimiz və ya biznes tərəfdaçımızla ortaq məxrəcə gələndə əl sıxırıq. İlk dəfə səslənən ad sanki belə bir mənzərə ilə üzləşir. Sizin əlinizi, sevinc və dəyər verərək, sıxmış olsalar, doğru olmazmı?
  Ad ilk təqdimat anında – qısa zaman kəsimində təmsil etdiyi firmanın bütün özəlliklərini yığcam və anlaşılan formatda təmsil etməli, hər tələffüzü ilə yalnız xoş duyğular oyatmalıdır.
Onun qısaltmalara ehtiyacı olmamalıdır, yadda saxlanılmasını çətinləşdirən söz çoxluğundan ibarət olamamalıdır. Markanın və ya firmanın adı güvən yaratmalıdır, dostcanlı olmalıdır. Bu sizdən ötrü gələcəkdə müştəri məmnunluğu üçün çox faydalı olacaqdır. Markanın üzünömürlülyünə təminat verəcəkdir. 
Unudulmayan, orijinal təsir bağışlayan adlar marketinq strategiyasının  müəyyənləşdirilməsində, yeni markanın mövcud bazarda diqqət çəkiciliyi ilə doğru mövqeləndirilməsində və kommunkasiya strategiyasının hazırlanmasında ciddi rol oynayır.
Adın pozitiv səslənməsi, motivəediciliyi də önəmlidir. Loqoniun göz və adın isə qulaq oxşaması gəlişi gözəl deyilən sözlər deyil. Bu qənaət uzun illərin sistemli təcrübəsindən qaynaqlanır.
Bütün bunlar onu söyləməyə əsas verir ki:
-ölkənin müasir inkişaf mərhələsində şablon və çeynənmiş adların əvəzinə yeni və kreativ adlar düşünülməlidir,
-xarici markaları yamsılayan, əcayib xarici sözlərin tətbiqi praktikasından advermədə imtina edilməlidir,
-yeni adlar hesabına dil zənginləşməlidir, mənşəyi bəlli olmayan adlarla dilin ekologiyasına zərər dəyməməlidir,
-adlar insanlar tərəfindən sevimıli qarşılanmalı və həvəslə tələffüz olunmalıdır, yüksək rula səsləndirilməli , ciddi şəkildə markalaşmalıdır,
-adverimi ilə bağlı işlərin məhz peşəkarlara həvalə olunması ciddi və praktikada geniş yer alan normaya şevrilməlidir,
-ölkədə peşəkar neymerlərin sayının az olduğu nəzərə alınmalı, bu yöndə gənc kadrların yetişdirilməsinə dəstək verilməlidir.
Çünki, bu dünyada hər şey addan başlayır. 
Həm də hər işin, hər əməlin bi arı olur.
 
Teymur Məmmədov,
Marketoloq
Adver.az