Ötən həftə ABŞ-nin ticari xam neft ehtiyatları təxminən 6 milyon 100 min barrel azalaraq 433 milyon 500 min barrelə düşüb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb. 

Məlumata görə, ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 225 min barrel azalıb. Xam neft ixracı isə gündəlik orta hesabla 341 min barrel azalaraq 4 milyon 258 min barrelə düşüb.

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyasının (EIA) "Avqust 2023 Qısamüddətli Enerji Görünüşü Hesabatı"na görə, ABŞ-ın orta gündəlik xam neft hasilatının bu il təxminən 12 milyon 800 min barrel, gələn il isə 13 milyon 9 min barrel olacağı gözlənilir.

Gülşən Şərif