Yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin (və ya şəxslərin-red) “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.

Qeyd edilir ki, hadisə zamanı çoxlu sayda xəsarət alanlar var. Qeyri-rəsmi məlumata görə, hadisə zamanı 16 nəfər yaralanıb.

Əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub. İstintaq başlayıb. Hadisəni törədən şəxsin (və ya şəxslərin-red) taleyi naməlum olaraq qalır. Atışmanın motivləri hələ məlum deyil.