Cari ilin yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri 306,9 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3% artıb, bu sahədə əldə edilən gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,9%-i və ya 134,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.