Dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış "Google"un illik gəliri açıqlanıb.

Bu barədə İqtisadiyyat.az dünya statistikasında araşdırma aparıb.

Araşdırmalar 2002-ci ildən 2023-cü ilə qədər dövrü əhatə edir. Məlumata görə, şirkətin gəliri 400 milyon dollardan 307 milyard dollara yüksəlib.

Son 21 ildə "Google"un gəliri aşağıdakı kimi olub:

İl

Gəlir

2002

400 milyon dollar

2005

6 milyard dollar

2010

29 milyard dollar

2015

74 milyard dollar

2020

181 milyard dollar

2023

307 milyard dollar

 

Gözəl Həşimova