Polis cümə günü səhər saatlarında Fransanın şimalındakı Rouen şəhərində sinaqoqu yandıran silahlı şəxsi güllələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin və yerli hakimiyyət orqanları məlumat verib.  

Belə ki, sinaqoq binası tüstüləməyə başlayıb. Hadisə yerinə gələn polis əməkdaşları sinaqoqdan çıxan şəxsi polislərə dəmir çubuq atan və bıçaqla hədələyən zaman güllələyiblər.

"Reuters"in məlumatına görə, yerli rəsmi bildirib ki, yanğın söndürülüb, lakin sinaqoqa ciddi ziyan dəyib, içəridə olan insanlar isə xəsarət almayıb.

Ruen meri Nikolas Mayer-Rosignol jurnalistlərə deyib: "Silahlı bir şəxs birtəhər sinaqoqa daxil olub və molotov kokteyli kimi görünən şeyi əsas namaz otağına atıb".